1918-ci il MART SOYQIRIMININ TARIXINDƏN
A+   A-

I Dünya müharibəsi hələ davam etdiyi 1917-ci ildə erməni millətçiləri Türkiyənin 7 vilayəti ərazisində “Böyük Ermənistan” xülyasından əl çəkməsələr də, mövcud vəziyyətdə bu planların həyata keçirilməsinin xeyli çətinləşdiyini anlayırdılar. Bu səbəbdən ermənilər öz əsas fəaliyyətlərini daha əlverişli şəraiti olan Zaqafqaziya ərazisinə istiqamətləndirirlər. 1918-ci ilin mart ayına qədər onlar artıq Zaqafqaziyanın cənub-qərbində - Qarsda, İrəvan və Yelizavetpol quberniyalarının bir neçə qəzalarında və Qarabağda dinc sakinlərin – azərbaycanlıların sıxışdı-rılması, zorla qovulması və kütləvi şəkildə öldürülməsi yolu ilə hələ mövcud olma-yan erməni dövləti üçün əraziləri təmizləməyə müvəffəq olurlar. 1917-ci ilin əvvəlində 1918-ci il mart ayınadək ermənilər təkcə İrəvan quberniyasında 199 Azərbaycan kəndini yer üzündən silirlər.

1918-ci il mart soyqırımının əsas təşkilatçısı və icraçısı S.Şaymyan idi. Bu cinayəti həyata keçirmək üçün bəhanə lazım idi. Və bu məqsəd ilə “Evelina” münaqişəsi törədildi.

Martın 30-da saat 16:40 radələrində erməni kilsəsinin yanında toplaşan daşnak dəstələri müsəlmanlara ilk atəş açdılar və soyqırımına başladılar.  Martın 31-də bütün erməni dəstələrinin başçıları və silahlanmış erməni ziyalıları qısa vaxtda təlimatlandırılaraq “Kərpicxana”, “Məmmədli” və digər müsəlmanlar yaşaya məhəllələrə göndərildilər. Onlar müsəlmanların evlərinə soxulur, sakinlərini öldürür, onları xəncər və süngü ilə doğrayır, uşaqları yanan evlərin içinə atır və s.

Yaxşı silahlanmış və hazırlanmış erməni əsgərləri müsəlmanların evlərinə so-xulur, sakinləri öldürür, onları xəncər və süngü ilə doğrayır, uşaqları yanan evlərin içinə atır, körpə uşaqları süngülərin ucuna keçirirdilər. Dinc əhalini qorxudan dəh-şətə gətirib, istədiklərinə nail olmaq üçün hər cür vəhşiliyə əl atan bolşevik-erməni cəlladları müsəlman qadınlarını daha ağır formada qətlə yetirirdilər: şəhərin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 müsəlman qadının meyiti tapılmışdı. Çoxlu gənc qadını diri-diri divara mıxlanmışdılar.

Şəhərin erməni icmasının ən tanınmış üzvləri, başda Stepan Lalayev və Tatevos Əmirov, o cümlədən milyonçu Ambarsum Melikov öz oğlanları ilə birlikdə və baş-qaları əldə silah küçələri gəzərək ilk növbədə öz tanışları və dostlarının evlərinə hücum edirdilər. Stepan Lalayevin törətdiyi amansızlıqlardan hətta ermənilər özləri də dəhşətə gələcəklər. “İsmailliyə” binasının isə sonradan 26 Bakı Komissarları cərgəsinə daxil edilən daşnak Tatevos Əmirovun şəxsən qandırdığı məlum idi.

1918-ci il mart soyqırımı zamanı azərbaycanlılara dəyən maddi ziyanın miqyası məlum faktlar əsasında 400 000 000 təşkil etdi. Yandırılan və dağıdılan binalar arasında “İsmailiyyə”, “Kaspi” qəzeti mətbəəsinin, “Açıq söz” qəzeti redaksiyasının, “Dağıstan”, “İsgəndəriyyə”, “İslamiyyə” mehmanxanalarının binaları da var idi.

1918-ci ilin aprel ayının 2-də Zaqafqaziya Seyminin Azərbaycan fraksiyası Seymi Bakı hadisələri haqqında məlumatlandıraraq müsəlman əhalisinin müdafiəsi üçün Zaqafqaziya hökumətindən Bakıya qoşun göndərilməsini tələb edir. Azərbaycan fraksiyasının çağırışlarına Zaqafqaziya Seyminin qoşunlarından yalnız Müsəlman korpusu cavab verir. 1918-ci ilin aprel ayının əvvəlində knyaz Maqalovun komandanlığı altında 2 min nəfərdən artıq sayda hərbi dəstə Bakıya tərəf hərəkət edərək Hacıqabula yetişir. Onlarla eyni vaxtda Dağıstandan Nəcməddin Qotsinski-nin dağlılardan ibarət dəstələri qubalı Əli bəy Zizikskinin döyüşçüləri ilə birlikdə Bakıya yollanırlar və şəhərdən 10 kilometr məsafədə yerləşən Xırdalan stansiyası-na qədər gəlirlər. Lakin, Qızıl Ordu qoşunlarından sayca dəfələrlə az olan Qotsin-skinin, Zizikskinin və Maqalovun hərbi hissələri tezliklə geri çəkilməyə məcbur olur.

1918-ci il martın 31-dən aprelin 2-dək təkcə Bakı şəhərində 12 min nəfərdən çox azərbaycanlı ermənilər tərəfindən soyqırımına məruz qaldı. 1917-1918-ci illərdə ermənilər Zəngəzurda 115, Qarabağda 157, Qubada 122, İrəvan quberniyasında 211, Gəncə ətrafında 272, Ağsu, Kürdəmir və Lənkəranda 130 yaşayış məntəqəsinin əhalisini vəhşicəsinə qırmış, kəndləri talan edərək yandırmışdılar.

Bizim Arxivimizdə 1918-ci il mart soyqırımına dair mühafizə  edilən çox nadir sənədlər var. Belə ki, zəif olmasına, kadr çatışmazlığına, yeni qurulmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti çox nadir bir iş gördü. Bu, hələ Bakı azad edilməzdən əvvəl Bakıda baş vermiş mart hadisələrinin təhqiq edilməsindən və bu məqsədlə istintaq komissiyasının yaradılmasından ibarət oldu. Azərbaycan Xalq Cümhuriyyətinin bu istiqamətdəki ikinci ağıllı addımı isə həmin istintaqa əsasən milliyyətcə qeyri-azərbaycanlıların (yəhudilər, ruslar, polyaklar və digərlərinin- Aleksandr Yevgenyeviç Kluqe, Andrey Fomiç Novatski, Nikolay Mixayloviç Mixaylov, Çeslav Boleslavoviç Klossovski və b.) cəlb edilməsi idi. Bu adamlar son dərəcə vicdanla təhqiqat işi apardılar və lazımi materialları topladılar. Həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti sənədlərin toplanması, istintaqın aparılması, insanların hansı şəraitdə qətlə yetirildiyinin müəyyənləşdirilməsi, onlara dəyən əmlak ziyanlarının dəqiqləşdirilməsi və istintaq materiallarının yekunlaşdırılaraq dünyanın dörd dilində nəşr edilməsinə dair qərar verdi.

1918-ci ildə yaradılmış Fövqəladə İstintaq Komisiyasının topladığı materiyallar əsasında Bakıda baş vermiş faciənin bir hüqüqi mənzərəsi yaradılmışdır və sənədlər təsdiq edir ki Bakıda 1918 ilin martında bir soyqırım hadisəsi baş vermişdir və bu hadisə birləşmiş millətlər təşkilatı baş məclisinin 11 dekabr 1946 ci il qətnaməsi və 9 dekabr 1949 cu il beynalxalq konvesiyasına təmami ilə uyqundur yəni Genocide hadisəsi haqqında bu sənədlər deməli əsas məsələni özündə əks elətdirir Bakıda törədilən hadisələrində açıq mənasinda bir Genocide hadisəsi idi.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin o dəhşətli faciədən 80 il sonra, 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində 1918-ci ilin mart qırğınlarına siyasi qiymət verildi və xalqımıza qarşı törədilmiş bu qanlı qırğın haqqında müasir və gələcək nəsillərdə möhkəm milli yaddaşın formalaşdırılması, dünyada bu hadisələrə obyektiv siyasi qiymət verilməsi üçün hüquqi zəmin yaradıldı.

Siyasi Sənədlər Arxivinin Elmi araşdırmalar və Elmi kitabxana şöbəsinin müdiri, Tarix elmləri namizədi Hüseynova Lalə cavid qizi

                        

 

1918-ci il MART SOYQIRIMININ TARIXINDƏN