1918-CI IL VƏ TARIXI HƏQIQƏTLƏR
A+   A-

  Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
Siyasi Sənədlər  Arxivinin  əməkdaşı Kəmalə  Əzimzadə

 

                

1918-ci il və tarixi həqiqətlər

 

            Hazırkı tədqiqat obyektini öyrənərkən qarşıya qoyulan məqsəd Azərbaycan tarixinin saxtalaşdırılmış səhifələrinə tarixi həqiqətləri gətirmək, problemlə bağlı bir-sıra məsələlərə obyektiv tarixilik prinsipindən yanaşmaq və əldə edilən tarixi sənədlər əsasında Azərbaycan tarixşünaslığında araşdırılan problemlə bağlı mövcud boşluqları doldurmaqdır.

Uzun illər sovet tarixşünaslığı belə bir mövqedən çıxış edirdi ki, 1918-ci il mart-may hadisələri müsavat qiyamları ilə bağlı olmuş və Bakı Xalq Komissarları Sovetinin hakimiyyətinə qarşı yönəlmişdi. Problemə bu mövqedən baxış  ilk növbədə S.Şaumyanın Bakıda baş verən mart hadisələrinin izahı ilə bağlı idi. Belə ki, V.Leninə hazırladığı hesabatında S.Şaumyan yazırdı ki,”müsəlman millətçi partiyalarыnыn müqaviməti üzündən Bakıda sovet hakimiyyəti daim tükdən asılı idi və vətəndaş müharibəsi nəticəsində yoxsul və evsiz-eşiksiz müsəlman kütləsi müəyyən zərər çəksə də qələbə o qədər böyükdür ki, bu, gerçəkliyə az zərər gətirir.”(1, səh.116-117)

Ölkə yenidən müstəqillik əldə etdikdən sonra Azərbaycan tarixşünaslığınin postsovet konsepsiyasını əsas tutan tarixçi-tədqiqatçılar(2) bu problemi öyrənərkən belə bir fikir yürüdürlər ki, göstərilən xronoloji çərçivədə cərəyan edən hadisələr daha çox siyasi hakimiyyət uğrunda mübarizə ilə bağlı olmuş və Tiflisdə yerləşən Zaqafqaziya Seyminə qarşı potensial imkanı olmayan Bakı Komissarları sovet hakimiyyətini Mərkəzi Qafqazda və ilk növbədə Azərbaycan quberniyalarında bərqərar etmək məqsədi ilə Bakıda Zaqafqazıya Seyminin əsas dayaqlarından olan “Müsavat” partiyasını  zəiflədib siyasi səhnədən çıxarmağı qarşıya məqsəd qoymuşdu. Lakin son illərdə aparılan tədqiqatlar və əldə edilən faktiki materiallar, habelə tarixi sənədlər belə bir reallığı göstərir ki, Azərbaycan torpaqlarında baş verən 1918-ci il hadisələri erməni millətçilərinin azərbaycan xalqına qarşı yönəlmiş təcavüzkar və qərəzli siyasəti ilə bağlı olmuşdur. Belə ki, 1Y əsrdə özünün dövlətçiliyini itirən ermənilər X1X əsrin son rübündən etibarən Osmanlı dövlətinin düşdüyü ağır hərbi-siyasi durumdan istifadə edərək, “Böyük Ermənistan” ideyasını irəli sürmüş və bu ideyanın ilhamvericisi – o dövrdə yaranmaqda olan erməni təşkilatları və erməni xalqını əsrlərlə öz ətrafında birləşdirən erməni-qriqoryan kilsəsi  osmanlı təbəəsi olmaq istəmədiklərini bildirir. Daha sonra yaranmış siyasi təşkilatlar “Armenakanlar”(1985),  “Hnşak”(1887),”Daşnaksütun”(1890)partiyaları “Böyük Ermənistan” ideyasını  özlərinin siyasi mübarizəsinin əsas vəzifəsi kimi götürərək X1X əsrin sonu XX əsrin əvvəllərində Osmanlı imperiyasında  qaldırdıqları qiyamlar və törətdikləri bəşəri  faciələrdən əməli nəticə hasil etmədikdən sonra XX əsrin əvvəllərindən  nəzər-diqqəti Azərbaycan torpaqlarına yönəldirlər.(3) Erməni millətçilərinin bu siyasəti  Romanovlar sülaləsinin devrilməsindən sonra  Qafqazda, həmçinin Azərbaycan  torpaqlarında yaranmış ictimai-siyasi durumla bağlı olur.

Oktyabr çevrilişindən sonra Rusiyada hakimiyyəti ələ keçirən bolşevikləri mərkəzdə olduğu kimi bölgələrdə də fəaliyyət göstərən siyasi qüvvələr qəbul etmirdilər. Bakı istisna olmaqla Mərkəzi Qafqaz bolşevik hakimiyyətini qəbul et-məsə də Rusiya imperiyası coğrafi çərçivəsindən də çıxmaq iqtidarında deyildi. Bolşevizmi “süngü” ucunda yaymaq prinsipinə əsaslanan V.Lenin və onun kampaniyası eser-menşevik və müsəlman fraksiyalarının nəzarətində olan Mərkəzi Qafqaz quberniyalarında  sovet hakimiyyətini bərqərar etməyi ”Hnçak” partiyasına bütün varlığı ilə bağlı olan S.Şaumyana tapşırmışdı. Tiflisdə duruş gətirə bilməyən S.Şaumyan, Bakıda XKS–ə rəhbərlik etdiyi gündən başlayaraq özünü bolşevikdən daha çox erməni millətçi kimi göstərərək erməni separatçılarının qarşıya qoyduğu məqsədin Şərqi Anadoluda reallaşmamasının qisasını almaq istəyi ilə, Bakı quberniyasının müsəlman əhalisinə və xüsusən azərbaycan xalqına qarşı soyqirim siyasəti aparır.Azərbaycan Respublıkаsının ayrı-ayrı arxivlərində saxlanılan tarixi sənədlər Şaumyanın antiazərbaycan siyasətinə şahidlik edir. Belə ki, xarici işlər naziri M. Hacınski 1918-ci ilin iyulun 15-də  AXC-nin Nazirlər Kabinetinə təqdim etdiyi məruzəsində göstərirdi ki, ümummilli və dövlətçilik maraqları tələb edir ki, Bakı Xalq Komissarlarının bolşevik-daşnak-hnçak koalisiyasının qısa bir zaman çərçivəsində azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklər araşdırılmаli, həm ölkə, həm də dünya ictimaiyyətinin nəzər-diqqətinə çatdırılmalı və bu məqsədlə də bir qurum yaradılmalıdır. Bu qurum xarakterinə görə fövqəladə istintaq komissiyası olaraq, onun əldə etdiyi materiallar  bir-sıra Avropa dillərinə (rus, fransız, alman, eyni zamanda türk dilinə tərcümə olunub) geniş ictimaiyyətə çatdırılmalıdır. Adı çəkilən komissiyanın yaradılmasının ilkin mərhələsində M.Hacınski 50.000 rublun hökumət tərəfindən ayrılmasını mümkün sayırdı.(4, ver.12) Bu komissiyanın yaradılması həmçinin ona görə zəruri idi ki, bolşevik adı altında erməni hərbi birləşmələri dinc müsəlman əhalisinə qarşı apardıqları soyqırımla bərabər, erməni quldur dəstələrinə maddi və mənəvi himayədarlıq edən erməni komitələrinin qərəzli təbliğatı nəticəsində  Avropa dövletlerinin ictimai rəyi erməniyönumlu olub, baş verən olayların reallığından xəbərsiz idi.

1918-ci il sentyabrın 2-də Azərbaycan Xalq Cümhuriyyətinin təşəbbüsü ilə istintaq komissiyası yaradılmış və bu komissiya 1919-cu ilin avqustu üçün Azərbaycan torpaqıarında müsəlmanlara qarşı edilən zorakılıqlara  dair 36 cildlik-3.500 səhifəlik istintaq materialları hazırlamışdı. Sovet tarixşünaslığı Azərbaycan tarixinin cümhuriyyət dövrünü saxtalaşdırmağı qarşısına məqsəd qoyduğu üçün ölkə müstəqillik əldə etdikdən  sonra Azərbaycan tarixşünaslığının postsovet konsepsiyasını əsas tutan tarixçi-tədqiqatçılar Respublikanın arxivlərində saxlanılan məxfi sənədlərи araşdıraraq, təqiqat dövrü ilə bağlı Azərbaycan tarixinin reallığını göstərməyə çalışmışlar və hazırkı tədqiqat obyektinin məqsədi 1918-ci ilin yaz aylarında baş verən olayların yeni səhifələrini Azərbaycan tarixşünaslığına gətirməkdir.

1918-ci ilin noyabrln 22-də Xüsusi İstinyaq komissiyasının sədri Ə.Xasməmmədov Ədliyyə nazirinə yazdığı məruzəsində erməni millətçilərinin 1918-ci ilin yanvarından iyun ayına qədər  Bakı quberniyasında apardıqları antiazərbaycan siyasətini göstərir.(5, vər.1-19) Bakı şəhərində erməni daşnakların törətdikləri cinayətlər də qeyd edilən mənbədə öz əksini tapır.(5, vər.16-19) Əldə edilən tarixi sənədlər göstərir ki, erməni millətçiləri bölgədə, habelə Azərbaycan torpaqlarında mövcud siyasi qarışıqlıq və səbatsızlıqdan istifadə edib, Bakı şəhərində azərbaycanlıları təqib edib, əhali içərisində qorxu, sabahkı günə inamsızlıq yaradırdılar. Belə ki, Ə.Xasməmmədov hazırladığı məruzədə bildirirdi ki, hələ mart hadisələrinə qədər azərbaycanlılar Bakının dəmiryolu vağzalında at oynadan Qafqaz cəbhəsindən qayıtmış erməni əsgərlərinin qorxusundan şəhərdən çıxmaq üçün şəhərətrafı stansiyalara yollanmaq məcburiyyətində qalırdılar.(5, vər.16 аrxа) Həmçinin  Bakıda azərbaycanlılara qarşı hazırlanan qırğından xəbərdar olan ermənilər şəhərin müsəlman hissəsini tərk edir, eyni zamanda erməni millətçilərinin liderləri azərbaycanlıları təmsil edən siyasi qüvvələrlə kompromisə gəlməkdən imtina edirdilər.(5, vər.16 аrxа) O biri tərəfdən təbiət etibarı ilə məkrli daşnaklar yalan məlumat yayaraq bolşevikləri inandırmışdılar ki, azərbaycanlılar Bakıda rus əhalisini fiziki cəhətdən məhv еtmeyi planlaşdirmişdilar. Nəticədə XKS-nin hərbi gəmiləri Bakının dağlı məhəlləsini gülləboran etmışdi.(6, s.185-188) Bu məruzədə həmçinin belə bir məqam da göstərilirdi ki, türk-müsəlman dünyasına, həmçinin azərbaycan xalqına qarşı genetik nifrətini gizlədə bilməyən erməni yaraqlıları Bakıda azərbaycanlılara qarşı ağlasığmaz vəhşiliklər törədərək, açıq şəkildə bildirirdilər ki,”onlar daşnaksakandırlar və bolşevikləri də tanımırlar».”.(5, vər.19 аrxа)

Erməni daşnak-hnçak hərbi quvvələrinin Bakıda azərbaycanlılara qarşı apardıqları soyqırım siyasəti mart hadisələrindən sonra da davam etmiş və erməni zinvorları 36-cı Türküstan polkunun atəşkəsin dayandırılması tələbinə etinasızlıq edərək, bildirmişdilər ki,” hərbi əməliyyatlar yalnız “Daşnaksütun” partiyasının göstərişi ilə dayandıralacaq”.(5, вяр.18) Qeyd etmək lazımdır ki, Bakıda qanlı cinayətlər etmiş erməni millətçilərinin mövqeyi Qubada qırğınlar törədən daşnak Hamazaspın mövqeyi ilə üst-üstə düşürdü. Belə ki, Qubada müsəlmanları qılıncdan keçirən Hamazasp da bildirirdi ki,o, “erməni xalqının və onun mənafeyinin müdafiəçisidir” (yəni “Daşnaksütun” partiyasının-red.) və bu partiyanın siyasi məqsədini göstərərək davam edirdi: “mən bura sovet hakimiyyətini qurmaq üçün deyil, Xəzər dənizindən Şahdaqına kimi bu ərazidə bütün müsəlmanları məhv etmək üçün göndərilmişəm.”(7, səh.23) Yuxarıda göstərilən və xüsusən Quba hadisələri ilə baqlı verilən faktlar bir daha belə bir reallığı göstərir ki, 1918-ci ilin yazında Bakıda və Qubada törədilən qanlı olaylar erməni millətçi hərəkatının mahiyyətindən – türk-müsəlman dünyasına qarşı genetik nifrətindən doğurdu.Və erməni millətçilərinin törətdikləri cinayətlər o qədər dəhşətli idi ki, daşnak-hnçak koalisiyasının rəhbərliyi ilə azərbaycanlıları qıran erməni yaraqlılarını dayandırmaq məqsədi ilə  “Ərdəhan” və “Krasnovodsk”gəmilərinin komandir heyətləri müsəlmanların qırılmasının dayandırılmaması təqdirdə “ şəhərin erməni hissəsinin top atəşinə” tutacaqlarını bildirmişdilər.(8) Yalnız bundan sonra erməni yaraqlıları  qırğını dayandırsalar da türk-qafqaz islam ordusu Bakıya yaxınlaşana qədər azərbaycanlılar ermənilər tərəfindən sistematik şəkildə öldürülürdülər.(5, vər.19 аrха) Qeyq etmək lazımdır ki, Kürdəmir hadisələri zamanı da azərbaycanlılara qarşı soyqırım siyasəti aparan erməni vandalları ilə bolşevik hərbi qüvvələri qarşıdurmaya gəlmiş, erməni zinvorlarının törətdikləri cinayətlərdə iştirak etməmək üçün bolşeviklər sağ qalan azərbaycanlıları Kürdəmirdən Bakıya gətirmişdilər.(9)

     Göstərilən faktlar tədqiqat obyekti ilə bağlı Azərbaycan tarixşünaslığında mövcud boşluqları dolduraraq belə bir reallığı açıqlayır ki, 1918-ci ildə S.Şaumyan və onun K-sı bölgədə “sovet hakimiyyətini qurmaq” şüarı pərdəsi altında erməni separatizminə xidmət etmiş, X1X əsrin sonu XX əsrin əvvəllərində  Şərqi Anadoluda  erməni millətçilərinin qura bilmədiyi muxtariyyətin qisasını azərbaycan xalqından almağı qarşıya məqsəd qoymuşdu. Belə ki, azərbaycanlılara qarşı məqsədyönlü şəkildə soyqırım siyasəti aparan erməni millətçiləri Azərbaycan torpaqlarında  kütləvi qətllər törədərək, hələ 1917-ci ilin payızında yalnız Zəngəzur torpaqlarında 109 kəndi , 1918-ci ilin payızında isə  elə bu ərazidə 115 kəndi dağıtmış, 50 min azərbaycanlı qaçqın düşmüşdü.(9) Azərbaycan xalqına qarşı aparılan soyqırımın miqyası o dərəcədə dəhşətli idi ki, tarixçi N.Mustafa apardığı tədqiqatlarında göstərir ki, 1920–ci ilin noyabrında sovet Ermənistanında  12 min azərbaycanlı qeydə alınmışdı.(10)  H.Verdiyeva isə apardığı araşdırmalarda yazır ki,  1916-cı il göstəricilərinə görə bu coğrafi məkanda 373.582 azərbaycanlı yaşayırdı(11, səh.263), deməli göstərilən faktlar belə bir həqiqəti açıqlayır ki, 1918-1920-ci illərdə azərbaycan xalqına qarşı aparılan soyqırım siyasəti nəticəsində Azərbaycanın tarixi  torpağı  olan İrəvan ərazisində  köklü əhalinin 4%-i qalmış, yəni azərbaycan  xalqı  soyqırıma məruz qalmışdı.

Araşdırılan tədqiqat obyektinə nəticə olaraq belə bir xülasə vermək istərdik ki, əldə etdiyimiz tarixi sənədlər və Azərbaycan tarixşünaslığında mövcud faktlar və statistik göstəricilərə əsaslanaraq bildiririk ki, 1918-ci ildə erməni millətçilərinin  Azərbaycan torpaqlarında törətdikləri cinayətlər sovet hakimiyyətinin bölgədə qurulması uğrunda mübarizədən uzaq olub, “Böyük Ermənistan” ideyasına əsaslanan daşnak-hnçak siyasətinin mahiyyəti ilə sıx bağlı olmuş və azərbaycan xalqına  qarşı soyqırım baş vermişdi.

 

 

Ə D Ə B İ Y Y A T

 

  1. Siyasi tarix, Bakı,1997, 1hissə, səh.116-117
  2. Балаев А. Азербайджанское национальное движение в 1917-1918гг. Баку,1998; Агамалиева Н., Худуев Р. Азербайджанская Республика. Страницы  политической истории.1918-1920 гг. Баку, 1994
  3. Вердиева Хаджар, Гусейнов Рауф «Родословная» армян и их миграция на Кавказ с Балкан. Баку, 2004; Вердиева Х.»Армянский вопрос»: история и факты. –Баку, 2004; Вердиева Х. «Армянский вопрос: история и факты. –Бакы Университетинин Хябярляри, 2006, № 3, с.126-132.
  4. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər  Аrxivi (sonra-AR Pİİ SСА). F.277, siy.2, iş 27,vər.12(1919)
  5. AR Pİİ SСА, f.277,siy.2, iş 16,vər.1-19
  6.  Süleymanov Manaf.  Eşitdiklərim,  oxuduqlarım, gördüklərim. Bakı,1987
  7.  İsgəndərov A. Quba soyqırımı –“Tarix və onun problemləri”, Bakı, 2007, əlavə, N 3
  8.  ”Azərbaycan” qəz. 30 mart, 1919. N 67
  9.   Балаев А. Азербайджанское национальное движение в 1917-1918гг.      Баку, 1998? Cnh/114-115?
  10.  Mustafa Nazim «1918-1920-ъи иллярдя Иряван губернийасы яразисиндя азярбайъанлыларын сойгырымы». “Xalq” qəz. 31 март, 1,3 ,4 апрел 2010
  11.  Вердиева Х.Ю. Переселенческая политика Российской империи в Северном Азербайджане Баку, 1999

 

1918-ci il və tarixi həqiqətlər