AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
A+   A-

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin strukturunun təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

1. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində «Gənclik iqamətgahı» yaradılsın.

2. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan 1 nömrəli Pansionat, «Şəfəq» Sarayı daxil olmaqla, «Zuğulba» İqamətgahı adlandırılsın.

3. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan «Prezident İqamətgahı», «Ulduz» Sarayı daxil olmaqla», «Ulduz» Qonaq Evi adlandırılsın.

4. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan 2 nömrəli Pansionat İşlər İdarəsinin Pansionatı adlandırılsın.

5. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivi Siyasi sənədlər Arxivi adlandırılsın.

6. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin sektoru statusu malik olan təşkilatlara Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin şöbəsi statusu verilsin.

7. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 dekabr tarixli, 1139 nömrəli Sərəncamı ilə «Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin strukturunun təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 11 iyul tarixli, 886 nömrəli Sərəncamına əlavə edilmiş «Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin sektoru statusuna malik olan təşkilatların siyahısı» aşağıdakı yeni redaksiyada verilsin:

 

«Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin şöbəsi statusuna malik olan təşkilatların

 

SİYAHISI

1. «Zuğulba» İqamətgahı

2. «Gənclik» İqamətgahı

3. «Ulduz» Qonaq Evi

4. «Gənclik» Qonaq Evi

5. «Azadlıq» Qonaq Evi

6. «Gülüstan» Sarayı

7. Prezident Kitabxanası

8. Siyasi sənədlər Arxivi

9. Pansionat

10. Avtopark.».

8. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

8.1. 2010-cu il və növbəti illər üçün dövlət büdcəsinin layihəsində bu Sərəncamın 1-ci bəndi ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində yaradılan «Gənclik İqamətgahı»nın fəaliyyətinin maliyyələşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (İşlər İdarəsinin tabeliyində olan təşkilatlar daxil olmaqla) saxlanılması xərclərində müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etsin;

8.2. qüvvədə olan normativ hüquqi aktların bu Sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.3. öz səlahiyyətləri daxilində bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

Azərbaycan Respublikasının Prezidenti, İlham ƏLİYEV

 

Bakı şəhəri, 22 iyul 2009-cu il

          № 404

   581 dəfə baxılıb