AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
A+   A-

Azərbaycan  Respublikası Prezidentinin bəzi sərəncamlarına əlavələr və dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI


 1. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin tabeliyində olan Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyinə verilsin.

2. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyinə verilən Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivinin Bakı şəhəri, Azadlıq prospekti 161 ünvanında yerləşən 4000 kv. metr sahəsi olan İnzibati binası və 2.2 ha sahəsi əvəzsiz olaraq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin balansına verilsin.

3. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyinə verilən Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivinə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin sektoru statusuna malik olan təşkilat statusu verilsin və onun saxlanılması xərcləri dövlət büdcəsinin vəsaitləri hesabına həyata keçirilsin.

4. "Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin strukturunun təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 11 iyul tarixli 886 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin sektoru statusuna malik olan təşkilatların siyahısı"na aşağıdakı məzmunda 9-cu bənd əlavə edilsin:

"9. Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivi.".

8. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 iyun tarixli 851 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının strukturu"nda Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinə aid hissədə "Protokol xidməti rəisinin müavini - sektor müdiri - 2" bəndindən sonra "Ştat vahidi -3" sözləri "Ştat vahidi - 1" sözləri ilə əvəz edilsin.

11. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi bu Sərəncamdan irəli gələn məsələləri öz səlahiyyətləri daxilində həll etsin.

12. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

 12.1. cari ilin sonuna kimi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyinə verilən Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivinin fəaliyyəti ilə bağlı tələb olunan vəsaitin maliyyələşdirilməsini müvafiq qaydada təmin etsin;

12.2. 2008-ci il və növbəti illər üçün dövlət büdcəsi layihəsində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyinə verilən Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivinin fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının (İşlər İdarəsinin tabeliyində olan təşkilatlar daxil olmaqla) saxlanılması xərclərində müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etsin;

12.3. cari ilin sonuna kimi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Tibb Xidmətinin fəaliyyəti ilə bağlı tələb olunan vəsaitin maliyyələşdirilməsini müvafiq qaydada təmin etsin;

12.5. bu Sərəncamdan irəli gələn digər məsələləri öz səlahiyyətləri daxilində həll etsin.

13. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə tapşırılsın ki:

13.1.    Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Təsərrüfat Hesablı Mərkəzi Klinik Xəstəxanasının Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Tibb Xidmətinin tabeliyinə verilməsi ilə əlaqədar olaraq 2001-ci il mayın 5-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Təsərrüfat Hesablı Mərkəzi Klinik Xəstəxanasının AY-MED Medikal Yatırım Danışmanlık Ticarət Anonim Şirkəti"nə İdarəetməyə verilməsi barədə Müqavilə"nin ləğv edilməsi ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş zəruri tədbirlər görsün;

13.2. bu Sərəncamdan irəli gələn digər məsələləri öz səlahiyyətləri daxilində həll etsin.

14. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

  İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 21 iyun 2007-ci il

          № 2247

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 
1.      
26 dekabr 2007-ci il tarixli 692 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1242)

   758 dəfə baxılıb