Dövlət dumaları haqqında
A+   A-

Dövlət Dumasının dörd çağırışında Azərbaycan deputatlarının fəaliyyəti XX əsrin əvvəllərində Azərbaycanın sahib olduğu intellektual potensialını üzə çıxartdı. Birinci Dövlət Dumasının (1906-cı il, 27 aprel-8 iyul, bir sessiyası olmuşdur) 478 deputatından bütün Cənubi Qafqazdan 5 azərbaycanlı deputat seçilmişdi: Məmmədtağı Əliyev, Əsədulla Muradxanov, Əlimərdan bəy Topçubaşov, İsmayıl bəy Ziyadxanov, Əbdürrəhim Haqverdiyev. Onlar 36 nəfərdən ibarət olması nəzərdə tutulan müsəlman parlament qrupuna ( sədr Ə. Topçubaşov) daxil idilər. İkinci Dövlət Dumasına ( 1907-ci il, 20 fevral – 2 iyun, bir sessiyası olmuşdur) 518 deputatından 6 azərbaycanlı deputat seçilmişdi: Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, İsmayıl Tağıyev, Məhəmməd ağa Şahtaxtinski, Mustafa Mahmudov, Zeynal Zeynalov. Üçüncü( 1907-ci il, 1 noyabr – 1912-ci il, 9 iyun, 5 sessiyası olmuşdur) və Dördüncü Dövlət Dumalarının ( 1912-ci il, 15 noyabr – 1917-ci il 6 oktyabr, 5 sessiyası olmuşdur) işlərində 1 azərbaycanlı deputat təmsil edirdi: X. Xasməmmədov ( 3-cü Dumada), Məmməd Yusif Cəfərov (4-cü Dumada). Milli hərəkatın yüksək inkişafı dövründə bir çox dahi şəxsiyətlər öz sinfinin maraqlarını yaxşı başa düşür və xalqın adından ifadə etməyə can atırdılar. Rusiya imperiyasının tərkibinə daxil olduqdan sonra, ilk dəfə Azərbaycan nümayəndələrinə oz mövqeləri ilə Rusiyanın yüksək tribunasından çıxış etməyə imkan verildi. Azərbaycan deputatları qəddar, qanunsuz siyasət şəraitində Rusiya imperiyasının digər müsəlman ucqarlarının nümayəndələri ilə öz hərəkatlarını uzlaşdırmağa can ataraq milli hüquq bərabərliyi sahəsində, təhsil, aqrar məsələlər və s. qəti dəyişikliklərə nail olurdular. Rusiya parlamentinin işində toplanmış təcrübə Azərbaycan ziyalılarının nümayəndələrinə Rusiya imperiyası çərçivəsində həyata keçirməyə ümid etdikləri tədbirləri Azərbaycan Xalq Cumhuriyyətini yaradılmasında, rəhbərlik orqanlarına başçılıq etməkdə  öz güclərini cəmləşdirməyə imkan verdi. Dövlət Dumasının bütün çağırışlarının, o cümlədən Azərbaycan deputatlarıının fəaliyyətləri haqqında AR Pİİ SSA–da qorunur. Bundan başqa kitabxanamızın fondlarında da bu mövzuda zəngin materiallar var.  

   1896 dəfə baxılıb