Azərbaycan Xalq Cümhuriyyəti
A+   A-

Siyasət sahəsində müstəqil parlament sisteminin yaradılması Azərbaycanı aparıcı dünya ölkələri sırasına qoydu. Mövcud olduğu qısa bir dövrdə AXC siyasət, sosial–iqtisadi və mədəniyyət sahəsində böyük nailiyyətlər əldə etdi. Gənc respublikanın ilk mühüm addımı xarici siyasət sahəsində oldu. 1918-ci il mayın 11-dən iyunun 4-dək baş tutmuş Batum konfransında  AXC və Osmanlı imperiyası arasında sülh və dostluq müqaviləsi imzalandı. Bu müqavilənin sayəsində gənc  Azərbaycan Xalq Cumhuriyyətinə Türkiyə tərəfindən göstərilən hərbi yardım sayəsində general–mayor Tomsonun komandanlığında olan İngilis hissələri 1918-ci ilin sentyabr ayında Bakıdan qovuldu. Azərbaycan Xalq Cumhuriyyəti öz istiqlaliyyətini qoruyub saxlamaq və dünya siyasətini müəyyən edən dövlətlər tərəfindən tanınmaq məqsədilə xarici siyasət məsələlərinə xüsusi diqqət yetirirdi. Azərbaycanın istiqlaliyyətinin tanınmasında 1919-cu ilin yanvarında Parisdə açılacaq sülh konfransına böyük ümidlər bəslənirdi. Paris sülh konfransına Əli Mərdan bəy Topçubaşovun başçılığı ilə nümayəndə heyəti göndərildi. Paris sülh konfransına Əli Mərdan bəy Topçubaşovun başçılığı ilə nümayəndə heyəti göndərildi. Paris sülh konfransının rəhbərlərindən biri olan ABŞ-ın prezidenti Vudro Vilson  AXC nümayəndə heyətini qəbulu zamanı nümayəndə üzvləri ABŞ prezidentinə Azərbaycan Xalq Cumhuriyyətinin Paris sülh konfransının Memorandumunu, həmçinin, Azərbaycan haqqında məlumat xarakterli materiallar təqdim etdi. Nümayəndə heyəti  Azərbaycan Xalq Cumhuriyyətinin  müstəqilliyinin tanınması qəbul edilənə qədər çox çətin bir yol keçdi - 1920-ci ilin yanvarında Antanta ölkələri  Azərbaycan Xalq Cumhuriyyətinin  suverenliyini qəbul etdilər. Bu Azərbaycan diplomatiyasının böyük qələbəsi idi. Azərbaycan Xalq Cumhuriyyəti 23 ay fəaliyyət göstərdi və 1920-ci ilin aprelin 28-də Sovet Rusiyasi tərəfindən işğal olundu. 

Uzun sürməyən fəaliyyətinə baxmayaraq Azərbaycan Xalq Cumhuriyəti Azərbaycanda dövlətçiliyinin qurulmasında mühüm rol oynadı.  Azərbaycan Xalq Cumhuriyyətinin  fəaliyyəti bizim arxivdə saxlanılan sənədlərdə öz əksini tapmışdır. Sovet dövründə bu sənədlər kompleksi «əksinqilabçı burjua müsavat hökumətinin sənədləri» kimi məxfi saxlanılırdı və müvafiq olaraq geniş tədqiqatçı kütləsinə bu sənədlərdən istifadə etmə imkanı yox idi. 1991-ci ildən bu sənədlər  açıq istifadədədir. Onlar ( 90-dan artıq qiymətli sənəd ) fondda mühafizə olunur. Azərbaycan Xalq Cumhuriyyətinin daxili və xarici siyasətini əks etdirən əsas sənədlər kompleksi Azərbaycan KP MK–nın yanında Marksizm-Leninizm İnstitunun MPA-da məxfi sənədlər kimi mühafizə olunurdu. Lakin 1970-ci ilin yanvarında bu sənədlər kompleksi Azərbaycan SSR  

OİMDA-ya (indiki ARDA) təhvil verildi. Bizim arxivdə saxlanılan sənədlər arasında 1918-ci il mayın 28-də qəbul edilmiş «İstiqlal bəyannaməsi», 1918-1920-ci illərdə fəaliyyət göstərən Azərbaycan parlamentinin stenoqramları,Bakıda, Şamaxıda, Qarabağda, Göyçayda, Lənkəranda və b. yerlərdə ermənilərin törədikləri mart soyqırımına həsr olunmuş sənədlər, eləcədə bu hadisələri araşdıran Fövqəladə Komissiyasının səndləri (protokollar və s.), AXC tərəfindən Qarabağla bağlı mübahisəli məsələlərinin həllinə aid olan sənədlər, Azərbaycan nümayəndə heyətinin İstanbulda qaldıqları dövrün sənədləri, sülh konfransında Müttəfiq dövlətlərin nümayəndələrinə AXC XİN –nin Memorandumu rus və fransız dillərində; xarici diplomatik nümayəndəliklərinin etimadnamələri,  AXC-yə təyin edilmiş ABŞ və İtaliya missiyalarının, Litva konsulluğunun sənədləri; Batum və Tiflis konfranslarının materialları, Denikinin Könüllü Ordunusunun müsəlman əsgərlərinin Qafqaz müsəlmanlarına çağırışı; müsabiqəyə təqdim edilmiş  AXC–nın ilk İstiqlal Ordeninin eskizləri, Öfrslf Bakıda Azərbaycan Dövlət Bankının açılması haqqında sənədlər vardır, Xəzər Gəmiçiliyinin sənədləri, Cənubi Qafqazda müsəlmanların vəziyyəti haqqinda materiallar, Ermənistanda yaşayan azərbaycanlıların vəziyyəti haqqinda Himayəçilik işləri üzrə naziri müvəkkilinin məruzəsi,   AXC-nın əks-kəşfiyyat xidmətinin yaradılmasi haqqında materiallar; Naxçivan və Şərur- Dərələyəz qəzalarının idarəetmə məsələləri haqqında saziş layihəsi, Cənubi Qafqazda ABŞ missiyası tərəfindən irəli sürülən Azərbaycanla Ermənistan arasında mübahisəli ərazilər haqqında sənədlər vardir. 1918-1920-ci illər Azərbaycan və Transqafqaz tarixinə aid sənədlərin bir hissəsi fondda mühafizə olunur (İstpart). Bunlar: Zaqafqaziya Seyminin stenoqramları, Zaqafqaziya Seymində Gəncə nümayəndələrinin məruzələri, həmin dövrdə «Müsavat» partiyasının fəaliyyəti ilə bağli sənədlər kompleksi, AXC hökumətinin müxtəlif müraciətləri, Türk Qafqaz ordusunun baş komandanı Nuru Paşanın, Qafqazdakı İnqilis qoşunlarının baş komandanı general- mayor Tomsonun əmrləri, Zaqafqaziya Seyminin aqrar komissiyasının yığıncaq protokolları və yazışmaları, Zaqafqaziya Komissarlığının torpaq məsələləri üzrə fəaliyyəti və s., eləcə də Ermənistan Respublikası XİN-nin 1918-1920-ci illəri əhatə edən  AXC tarixi haqqında nadir sənədlərinin (Azərbaycan hökumətinin Qarabağda və Naxçıvanda mübahisəli ərazi məsələlərini əks etdirən sənədlər) surətlər kompleksidir. 

Həmçinin bax

   3135 dəfə baxılıb