Azərbaycan ikinci Dünya müharibəsi illərində
A+   A-

3,4 mln əhalidən (1941–ci il) 681 min nəfər cəbhəyə göndərilmişdi ( onlardan 10 mindən artıq qadınlar idi), 250 min Azərbaycan əsgəri həlak olmuşdu. Arxiv fondlarında 1941–1945–ci illərdə Qızıl ordu sıralarında çağırılanların sayı  haqqında sənədli məlumatlar qorunub saxlanmaqdadır. Bəzi məlumatlara görə, müharibə illərində əsir düşənlərin 50 min nəfərini  təkcə azərbaycanlılar təşkil edirdi  (əsir düşən əsgər və zabitlərin ümumi sayı – 5 mln. nəfərdən çox idi). Əsir düşənlərin çoxu sonradan vətənə qayıtmadı. 400 mindən artıq Azərbaycanlı hərbi orden və medallar ilə təltif olundu – 14 döyüşçü – Şərəf ordeni ilə, 123 isə - Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. AR Pİİ SSA–da Sovet İttifaqı Qəhrəmanları general  Həzi Aslanov, İsrafil Məmmədov haqqında sənədli materiallar, Azərbaycan SSR–dən olan Sovet İttifaqı Qəhrəmanlarının siyahıları, azərbaycanlı hərbi qulluqçular haqqında məlumatlar, döyüşlərdə xüsusilə fərqlənən Azərbaycanlı əsgərlərin siyahıları mühafizə olunur. Azərbaycanın ərazisində 87 batalyon, 1123 müdafiə dəstələri, 77–ci, 223–cü, 396–cı, 402–ci və 416–cı milli piyada diviziyaları təşkil olunmuş və Qafqazdan Baltik yanı ölkələrə qədər, Şərqi Avropadan Berlinə qədər döyüş yolu keçmişlər.  Arxivdə Azərbaycan diviziyaları, onların tərkibi, təşkil olunması və s. haqqında məlumatlar və sənədli materiallar var. Məlumdur ki, müharibə illərində əsasən Azərbaycan cəbhəni neft və neft məhsulları ilə əsas təhciz edirdi. Bu dövrdə Bakıda neft hasilatı əvvəlki illərə nisbətən qat-qat artırılmışdı. Müharibənin birinci ilində Bakı şəhəri ölkəyə  23,5 mln.t neft və  2,6 mln. kub. m təbii qaz verdi. Bu Bakı mədənlərinin xammal istehsalında bu vaxta qədər göstərdiyi ən yüksək göstərici idi. 1942–ci ildə döyüşlər Qafqaz ərazisində getdiyi səbəbindən Bakıda neft quyularının yarısı müvəqqəti olaraq dayandırıldı. Abşeron yarımadasında yeni yataqlar açılmadı. Bundan başqa istehsal olunmuş xammalı və neft məhsullarını Şimali Qafqaz dəmiryolu və Volqa çayı ilə daşımaq mümkün deyildi, çünki bu kommunikasiyalar hərbi əməliyyatlar getdiyi ərazilərdən keçirdi. Tezliklə çıxış yolu tapıldı: neft məhsulları «yer ambarlarına» və Zığ, Masazır və b. göllərə dolduruldu. Sonra onlar Xəzər dənizi ilə nəql olunurdu. Yüksək keyfiyətli xammal istehsal edən Bakı neftçilərinin və kimyaçı-alimlərin (Yusif Məmmədəliyev başda olmaqla) əsas səyləri aviasiya yanacağının və yüksək oktanlı benzinin, eləcə də sürtkü yağlarının alınmasına yönəldilmişdir. Müharibə illərində respublikada silah istehsal olunub: təkcə Bakıda 130 növdən çox silah və döyüş sursatı istehsal olunurdu. Respublika vətəndaşları şəxsi əmanətlərindən müdafiyə fonduna 15 kq qızıl, 952 kq gümüş, 320 mln. manat pul verilmişdi, 125 vaqon isti paltar göndərilmişdir. Arxivdə Azərbaycanın cəbhəyə köməyi, müdafiyə fondunun maddi gəliri haqqında sənədli materiallar mühafizə olunur. 440 mindən artıq yaralı müharibə illərində respublikada köçürmə hərbi qospitallarından keçmişdir. Artıq müharibənin ilk günlərində 5 min çarpayılıq 5 hərbi qospital fəaliyyətə başlamışdı ( bax: f 1). Azərbaycanın şanlı oğulları partizan dəstələrində vuruşmaqla yanaşı, həm də Avropa ölkələri ərazisində Müqavimət hərakatı iştirak etmişdilər. AR Pİİ SSA-da bizim vətənimizin tarixinin bu səhifəsini işıqlandıran arxiv sənədləri kompleksi mövcuddur: Azərbaycanlı partizanlar haqqında sənədli materiallar, Azərbaycanlıların Müqavimət hərakatında iştirakı, Mehdi Hüseynzadə haqqında sənədlər var. Arxivimizdə vətənimizin faşizm üzərində qələbəsində rolu haqqında çoxlu sayda sənədlər mühafizə olunur. Həm də Azərbaycan tarixinin bu dövrünü işıqlandıran məsələlər haqqında: Stavropol vilayətinin yenidən qurulmasına yardım göstərilməsi, Şimali Qafqazın fərarilərdən təmizlənməsi, çoxlu sayda cəbhədəki döyüşçülərin məktublarının qorunması, köçürülmüş uşaqların Azərbaycan rayonlarına yerləşdirilməsi tədbirləri haqqında materiallar, bədii briqadaların cəbhə bölqələrində fəaliyyətləri haqqında, bədii kollektivlərin və Azərbaycan teatr kollektivlərinin Qızıl Ordunun döyüş hissələrində gördükləri işlərin hesabatları haqqında materiallar var. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarı önündə çıxış edərək demişdir: «Böyük Vətən müharibəsinə verilmiş qurbanlar, o cümlədən Azərbaycan xalqının verdiyi qurbanlar və igid oğulların mərdliyi bugünki gənc nəslə və gələcək nəsillərə nümunədir».

   3830 dəfə baxılıb