Əkinçi
A+   A-

Azərbaycanda ilk milli qəzet. Qəzet 1875 -1877-ci illərdə Bakıda (iki həftədən bir) Həsən bəy Zərdabi tərəfindən nəşr edilib. «Əkinçi» qəzetinin 56 sayı buraxılmışdır. Qəzetin ətrafında toplanmış qabaqcıl ziyalılar – M. F. Axundzadə, onun davamçıları N. Vəzirov, S. Ə. Şirvani, Ə. Gorani(Adıgözəlov) və b. mürtəce və mühafizəkar qüvvələrə və  çarizmə qarşı ardıcıl mübarizə aparmışlar. Mürtəce qüvvələrin arasıkəsilməz hücumlarına, senzuranın təqiblərinə məruz qalan   «Əkinçi» qəzetinin nəşri 1877-ci ilin sentyabrında dayandırılmışdı. Kitabxanamızda 1875 -1877-ci illərin nəşri olan “Əkinçi” qəzetinin orijinal variantı vardır.

   859 dəfə baxılıb