Açıq söz
A+   A-

Açıq söz

«Açıq söz»  qəzeti. Gündəlik ictimai-siyasi, ədəbi qəzetdir. 1915-ci il 2 oktyabr tarixindən 1918-ci ilə qədər nəşr olunub. Naşirləri və redaktorları: Məmmədəmin Rəsulzadə və Məmmədəli Əbdüləziz oğlu  olmuşlar. Müsavat firqəsinin orqanı olan bu qəzet  1915 - 1917-ci ilə qədər Ələkbərovun mətbəəsində, 1917-ci ilin martından 1918-ci ilin martına kimi «Açıq söz» mətbəəsində nəşr olunub. Qəzetdə: N. Nərimanov, Ö.F. nemanzadə, Ü. Hacıbəyov, H. Cavid, Y. V. Çəmənzəminli, M. Hacinski, Ş. Əfəndizadə, A. Şaiq, Ə. Əfəndizadə, M. Mahmudbəyov, S. Hüseyn, Ə. Cavad, Ə. Haqverdiyev, S. Mənsur, B. A. Talıblı, Ə. Əliyev, T. Ş. Simurq, Ə. Səbri, S. Mümtaz, Ə. Əzimzadə, S.M. qənizadə, N. B. Vəzirov, A. Səhhət, Ə. Pepinov, M. Hadi, Ə. Razi və onlarla yazıçı və ziyalıların məqalələri yer almışdır. 

Kitabxanamızda: 1915-ci il  № 1-74

                            1916-cı il  № 75-364

 1917-ci il  № 365-642

 1918-ci il  № 643-704 - ə kimi nömrələri vardır.
   1134 dəfə baxılıb