Şərqi-Rus
«Şərqi-Rus» - ictimai - siyasi, iqtisadi, elmi, ədəbi qəzet. Tiflisdə Azərbaycan dilində həftədə 3 dəfə çıxmışdı. İlk nömrəsi 1903-cü il martın 30-da, sonuncu 1905 - ci il yanvarın 15-də (cəmi 392 sayı, həm də Bakıda 1905-ci ilin əvvəllərində «Şərqi-Rus» un «Teleqramları» adlı axşam xəbərlərinin bir neçə sayı) çıxmışdır. Redaktoru və naşiri M. Şahtaxtinski, son 45 nömrəsinin redaktoru isə C. Məmmədquluzadə olmuşdur. 1903-cü ildə nəşr olunan «Şərqi-Rus» qəzetinin № 4, 5, 8, 9, 13, 21, 22-ci nüsxələri kitabxanamızda vardır.