HümmətA+ A-
«Hümmət» - Azərbaycan dilində ilk qeyri-leqal qəzet, sosial-demokrat «Hümmət» təşkilatının orqanı idi. Bakıda 1904-cü ilin oktyabrından 1905-ci ilin mart ayınadək nəşr olunmuşdur. Cəmi 6 nömrəsi çıxmışdır. Qəzetin redaksiya heyətinə S. M. Əfəndiyev, M. Mövsümov və başqaları daxil idi. M. Ə. Rəsulzadə, S. M. Əfəndiyev, M. H. Hacınski, M. Əzizbəyov və b. qəzetin səhifələrində müntəzəm olaraq çıxış edirdilər. Qəzet 1917-ci il iyunun 3-də «Hümmət» bolşevik təşkilatının orqanı kimi yenidən nəşrə başladı. İkinci mərhələdə onun redaktorları N. Nərimanov, D. Bünyadzadə, S. M. Əfəndiyev, H. Sultanov, T. Şahbazi və b. olmuşdur. Yeni nəşrin sonuncu -113-cü nömrəsi(ilk 35 nömrəsi həftəlik, 36 -43-cü nömrələri günaşırı, sonrakı nömrələri isə gündəlik) 1918-ci il iyulun 30-da çıxmışdır. 1918-ci ilin iyulun 31-də Bakı Kommunasının süqut etməsi ilə «Hümmət»in nəşri dayandırıldı. Qəzet 1919-cu ilin mayından 1920-ci ilin mayına qədər Həştərxanda çap olunmuşdur. Bu müddət ərzində «Hümmət»in cəmi 44 nömrəsi çıxmışdır. Kitabxanamızda:
1919-cu il № 17, 21, 26,
1920-ci il № 35
Bundan başqa 1917-ci il № 1-24;
1918-ci il № 25 -113-ə kimi olan nüsxələri kitabxanamızda saxlanılmaqdadır.