Yeni Füyuzat
A+   A-

Yeni Füyuzat
«Yeni Füyuzat» - 1910 -1911-ci illərdə Bakıda Azərbaycan dilində nəşr edilən həftəlik ədəbi, siyasi, ictimai illüstrasiyalı jurnal. Jurnalın naşiri və məsul redaktoru  Əlipaşa Hüseynzadə(Səbur), baş redaktoru  Əhməd Kamal Rasim oğlu idi. Jurnal Azərbaycan milli burjuaziyasının mənafeyinə xidmət edirdi. «Yeni Füyuzat»ın səhifələrində M. Ə. Sabir, Ə. Qəmküsar, A. Şaiq, Ə. Kamal, Ə, Münzib, Axund Yusif Talıbzadə, Ə.P. Hüseynzadə, Namiq Kamal, Əli Mişan, Məhəmməd Sadiq Axundov, Ə. Səbri və başqalarının bədii və publisist yazıları dərc olunmuşdur. 1911-ci il martın 19-da naşirin və baş redaktorun evində axtarış aparılmış, naşir və məsul redaktor Əlipaşa Hüseynzadə Həştərxana sürgün olunmuş, baş redaktor Əhməd Kamal isə Rusiya hüdudlarından çıxarılıb vətəni Türkiyəyə göndərilmiş, bununla da «Yeni Füyuzat»ın fəaliyyəti dayandırılmışdı. Kitabxanamızda: 1910-cu il  № 1 -11, 1911-ci il № 1 -11-ə kimi vardır.
   1577 dəfə baxılıb