Molla Nəsrəddin
A+   A-

«Molla Nəsrəddin» - həftəlik illüstrasiyalı ilk Azərbaycan satirik jurnalı. Birinci nömrəsi 1906-cı il aprelin 7-də Tiflisdə çapdan çıxmışdır. 1906 - 1907-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922 - 1931-ci illərdə Bakıda nəşr olunmuşdur. Redaktoru və naşiri C. Məmmədquluzadə, eyni zamanda Ə. Qəmküsar olub. 25 il ərzində 748 nömrəsi( 340 -ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) çıxmışdır. Bu jurnalın ətrafında XX əsrdə tənqidi-realist ədəbiyyatın əsas təmsilçiləri toplaşmışdır. «Molla Nəsrəddin»də Ömər Faiq Nemanzadə, M.Ə. Sabir, Ə. Haqverdiyev, Ə. Nəzmi, Ə. Qəmküsar, M. S. Ordubadi, Mirzəli Möcüz və digər şair, yazıçı və jurnalistlər, O. Şmerlinq, İ. Rotter, Əzim Əzimzadə kimi rəssamlar fəaliyyət göstərirdilər. Jurnala onun dərin məzmunlu və ustalıqla çəkilmiş şəkilləri də şöhrət qazandırmışdı. «Molla Nəsrəddin»  Yaxın və Orta Şərqdə milli-azadlıq və inqilabi-demokratik hərəkata ciddi təsir göstərmişdi. Jurnal beynəlxalq əhəmiyyətə malik olmuşdur. sovet hakimiyyəti illərində ciddi təzyiq və qadağalara baxmayaraq, jurnal öz mütərəqqi ənənələrini davam etdirmiş, ictimai tərəqqiyə, elmin, mədəniyyətin inkişafına maneçilik törədən qüvvələri satira atəşinə tutmuşdur. bu dövrdə Ə. Haqverdiyev, Ə. Əzimzadə, Cəfər Cabbarlı, Əliağa Vahid, B. Talıblı və digər başqa ziyalılar bu jurnalla əməkdaşlıq edirdilər.  

 Kitabxanamızda jurnalın 1906-1913 və 1922 -1931-ci illərdə nəşr olunan nüsxələri qorunub saxlanmaqdadır.

1906 № 1-39;          1912 № 1-9;             1926 № 1-52;

1907 № 1-49;          1913 № 1-26;           1927 № 1-52;

1908 № 1-52;          1922 № 2-8;             1928 № 1-52;

1909 №1-52;           1923 № 10-40;         1929 № 1-51;

1910 №1-42;           1924 № 1-29;                1930 № 1-33;

1911 № 1-47;          1925 № 1-52;            1931 № 1,2;

   1628 dəfə baxılıb