Zənbur
A+   A-

Zənbur

«Zənbur» - Azərbaycan dilində həftəlik illüstrasiyalı satirik jurnal. 1909 -1919-cu illərdə nəşr olunub. «Zənbur»un sahibi və naşiri doktor, yazıçı, ictimai xadim Mirzə Əbdülxalıq Axundov, əsas rəssamı Ə. Əzimzadə idi. 1909-cu ildə 21-ci  nömrəyədək R. Səlimxanov, 22-ci nömrədən sonra Ə. Əzimzadə, 1910-cu il 1-ci nömrədən M. Palavandov olub.  Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumətin orqanı olub və 24 nömrəsi nəşr edilmişdir. Jurnal «Molla Nəsrəddin» jurnalının satira ənənələrindən bəhrələnirdi. Jurnalda Rusiyanın ( Lenin və Kerenskinin timsalında) Azərbaycanı işğal etmək niyyətləri, erməni-daşnak silahlı dəstələrinin Zəngəzurda və Bakıda törətdikləri soyqırımları və sair məsələlər şeir və publisist yazılarda tənqid edilirdi.

 Kitabxanamızda jurnalın 1909-cu il № 1-42; 1910-cu il № 1 -28-ə kimi nəşr olunmuş nüsxələri saxlanılır.

   1280 dəfə baxılıb