Beyrəqi-ədalət
A+   A-

Beyrəqi-ədalət

«Beyrəqi-ədalət» - həftəlik ictimai-siyasi, iqtisadi və ədəbi jurnal. İran sosial-demokrat  «Ədalət» təşkilatının  orqanı olub və 1917-ci ildə Bakıda Azərbaycan və fars dillərində çap edilib. Redaktoru: Ə. Qafarzadə, naşiri iranlıların “Ədalət” firqəsi olmuşdur. «Beyrəqi-ədalət»jurnalı Bakıda və Transqafqazın müxtəlif yerlərində işləyən cənubi azərbaycanlı fəhlələr arasında bolşevizm ideyalarını təbliğ edirdi. «Beyrəqi-ədalət» İranda da geniş yayılmışdı.

 Kitabxanamızda: 1917-ci ilin 1, 2, 3, 4, 5-ci nömrələri vardır. 

   1173 dəfə baxılıb