Oxu zalından istifadə
A+   A-

Oxu zalından istifadə

Arxivin oxu zalında iş qaydaları, istifadəçilərə Arxivin işçiləri tərəfindən xidmətləri və onların məsuliyyəti Azərbaycan Respublikası qanunvericiliyi, həmçinin 1999-cu il 22 iyun tarixli «Milli arxiv fondu haqqında» 694-IQ saylı    Azərbaycan Respublikasının qanununa əsasən müəyyən edilir.

Oxu zalına istifadəçilər Arxivin rəhbərliyinə şəxsi ərizələr əsasında, elmi təşkilatların planlarına uyğun olaraq, elmi araşdırmalar aparan və ya xidməti tapşırıqlar yerinə yetirən istifadəçilər isə onları göndərən təşkilatın adından rəsmi məktub təqdim etdikləri halda buraxılırlar.

Şəxsi ərizələrdə və rəsmi məktublarda istifadəçilərin soyadı, adı, atasının adı, vəzifəsi, elmi adı, elmi dərəcəsi, tədqiqatın mövzusu və xronoloji çərçivələri göstərilməlidir.

Oxu zalında işləmə hüququ Arxivin rəhbərliyi tərəfindən ərizə və ya məktub təqdim edilən vaxtdan bir il müddətinə verilir. Vaxtı qutardığına və ya mövzunun dəyişilməsinə görə istifadəçi yeni ərizə və ya məktub təqdim etməlidir.

Xarici istifadəçilər onları göndərmiş müəsissənin və ya təşkilatın və həmin ölkənin AR-da təyin edilmiş səfirliyi adından AR Prezidentinin İşlər müdirinə təqdim edilmiş rəsmi məktub əsasında qəbul edilirlər. Xarici istifadəçilər aşağıdakı qaydalara riayyət etməlidirlər:

* Ali təhsili və alimlik dərəcəsini təsdiq edən diplomun surətini təqdim etməlidirlər;

* Oxu zalında 2 ay müddət ərzində işləyə bilərlər;

* Sifariş edildikdən 2 gün sonra oxu zalında sənədlərlə işləyə bilərlər.

Partiya və ya komsomol orqanlarının və təşkilatların fəaliyyətlərində iştirakları haqqında xatirələr yazan istifadəçilər həmin xatirələrin yazılmasında marağı olan tarixi-ədəbi birliyin, veteranlar şurasının, hərbi elmi cəmiyyətin, nəşriyyatların, qəzet və jurnalların redaksiyalarından və s. tərəfindən rəsmi məktub və ya şəxsi ərizəsinə kadrlar üzrə şəxsi qeydiyyat vərəqəsi əlavə etməklə təqdim edirlər.

İstifadəçi oxu zalına qəbul edilərkən anket, 2 nüsxədə tədqiqat mövzusu qeydiyyatı üzrə vərəqə doldurur, hazırki iş Qaydaları ilə tanış olur, sənədlərin yayılmasının qadağan edilməsi haqqında öhdəliyi imzalayır.

Hər istifadəçi üçün onun oxu zalında işləmə icazəsinə dair sənədlər, anket, istifadəçiyə işlərin verilməsi vərəqəsi, istifadəçi tərəfindən qeyd edilən və kserosurətləri çıxarılmış işlərin siyahısı, lazım gərərsə, istifadəçi ilə yazışma daxil olmaqla şəxsi iş tərtib edilir.  

 

OXU ZALININ İŞ REJİMİ:


Oxu zalının iş rejimi istirahət günləri istisna olunmaqla hər gün səhər

I-V GÜNLƏR, saat 10.00-dan 17.00-a kimidir.

Fasilə: 13.00-dan 14.00-a qədərdir.

 


E-MÜRACİƏT

   2089 dəfə baxılıb