FONDLAR ZƏNGİNLƏŞİR
A+   A-

FONDLAR ZƏNGİNLƏŞİR

Məlumdur ki, dünyanın bir çox arxivlərində Azərbaycan tarixinə və mədəniyyətinə aid zəngin materiallar  var: Rusiyada, İngiltərədə, Türkiyədə, Fransada, Polşada, qonşu Gürcüstanda və s. Zaman-zaman Rusiyada, İngiltərədə, Türkiyədə, Fransada, Polşada, qonşu Gürcüstanda və s. Zaman-zaman Rusiyada və Gürcüstandakı arxiv sənədlərindən alimlərimiz agah olub və faydalanıb. Lakin Qərb ölkələri arxivləri keçmiş SSRİ tərkibində  olduğumuzdan uzun illər alimlərimizin üzünə bağlı olub. İdeoloji çərçivələrin götürülməsi bu sahədə yeni imkanlara yol açıb.

2012-ci ilin may ayında Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü arxivimizdə qeyd olunurdu və qarşıdan İstiqlaliyyətimizin növbəti ildönümü gəlirdi. Məhz bu iki böyük tarixi günlərdə   fondlaşdırılmaq  üçün arxivimizə  bir  sıra yeni sənədlər verildi: ADR parlamentinin sədri Ə.M.Topşubaşovun həyat və fəaliyyətini əks etdirən sənədlər, Dağlıq Qarabağ Muxtar Vilayətinin və Naxçıvan Muxtar Respublikasının yaranma tarixinə aid sənədlər, XX-ci əsrin əvvəlində Azərbaycan-Gürcüstan və Azərbaycan - Ermənistan əlaqələrini əks etdirən sənədlər, 1918-ci il ildə Bakıda və respublikanın digər şəhər və kəndlərində törədilmiş soyqırım hadisələrini araşdıran Fövqəladə İstintaq Komissiyasının məruzələri və protokolları, ADR nümayəndə heyətinin Paris Sülh Konfransında iştirakına dair sənədlər və s.

 

   1347 dəfə baxılıb