Müasir dövrü haqlı olaraq kompüter dövrü adlandırırlar.
A+   A-

Müasir dövrü haqlı olaraq kompüter dövrü adlandırırlar.
Ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının xidmətlərdə geniş tətbiqi həyata keçirilir. Bu iş Ümummilli lider Heydər Əliyevin 2003-cü il 17 fevralda imzaladığı “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə (2003-2012-ci illər) Milli Strategiya” Proqramına uyğun olaraq aparılır. Kompüter texnologiyaları artıq arxiv işi sahəsinə də sirayət edib.  Tədqiqatçı işini yüngülləşdirən, sənəd axtarışını asanlaşdıran kompüter proqramları bu gün arxivimizdə tətbiq olunmağa başlayıb. Bu məqsədlə yaranan “Elektron baza” arxivimizin əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir. Elektron bazaya fondların adları, siyahılar, işlər, protokollar və s. bu qəbil sənədlər daxil edilməkdədir. Bu uzunmüddətli bir işdir, lakin ən əsası odur ki, bu işin təməli qoyulub və layiqincə davam etdirilir.  Artıq əsas işlək fondların siyahıları, o cümlədən Heydər Əliyevin fəaliyyəti və Respublikaya rəhbərlik etdiyi dövrü  əhatə edən f.1-dən 56-70 saylı  siyahılar, ADR sənədlərinin cəmləşdiyi 277 saylı fondun siyahısı, N. Nərimanov sənədlərinin kolleksiyasını təşkil edən 609-cu fondun, Azərbaycan Kommunist partiyası tarixini əks etdirən 276-cı, Azərbaycan Kommunist partiyası Mərkəzi Komitəsinə aid 1-ci, Azərbaycan KP Bakı səhəri partiya komitəsinə aid 2-ci fondun siyahıları, o cümlədən MK-nın Plenum, Büro və Katibliyində baxılan məsələlərin siyahıları, həmçinin Azərbaycan Lenin Kommunist Komsomol Gənclər İttifaqının  sənədlərini özündə cəmləşdirən 158-ci fondun  siyahıları bütövlükdə bazaya yerləşdirilib.
   1282 dəfə baxılıb