Osmanlı Arxivindən gətirilən sənədlər
A+   A-

          Siyasi  Sənədlər  Arxivinin  əməkdaşları – baş  elmi  işçi  filologiya  üzrə  fəlsəfə  doktoru Şəhla Abdullayeva  və  baş  fond  mühafizəçisi  Nərgiz Əsədullayeva   13.10.2014-22.10.2014-cü il tarixində  ezamiyyətdə  olarkən  Türkiyə Nazirlər Kabineti  Dövlət  Arxivləri Baş İdarəsinin İstanbulda yerləşən  Osmanlı Arxivindən  əldə  etdikləri  1859-1925-ci  illəri  əhatə  edən   256  vərəqdən  ibarət   52  sənədi    siyahı  üzrə  arxiv  fondunun  mühafizəsi  və  uçotu   şöbəsinə   təhvil  vermiş  və  arxiv  qaydalarına  uyğun  işləndikdən  sonra  bu  sənədlər  “Surətlər  fondu”na  daxil  edilmişdir.

      Daxil olan sənədlərin bir çoxu Bakıda və Tiflisdə  erməni  komitələrinin  təşkil  olunması, erməni qruplaşmaları  tərəfindən Bakıdan Vana silah-sursat göndərilməsi, erməni dəstələrinin İran və Azərbaycan sərhədində toplanması və digər qiymətli məlumatları əhatə edir.         Sənədlər   arasında   1905-ci  ildə  erməni-müsəlman  qırğınında   Bakıda və Şuşada qətlə  yetirilənlərin sayı barədə, Bakı yaxınlığındakı Nargin adasında saxlanılan Osmanlı, alman və Avstriya-Macarıstan əsirlərinin  vəziyyəti haqqında Daxiliyyə, Xariciyyə və Hərbiyyə Nəzarətinə göndərilmiş raportlar, teleqramlar, yazışmalar və  Azərbaycan  tarixinə  aid bir  çox başqa maraqlı  materiallar  vardır

   1502 dəfə baxılıb