Arxiv fondlarımız zənginləşir
İctimai-siyasi xadim, ədəbiyyatşunas, publisist, SSRİ-nin xalq deputatı olmuş Vəli Hüseyn oğlu Məmmədovun şəxsi kolleksiyası ailəsi tərəfindən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinə təhvil verilmişdir.
N. Nərimanovun fəaliyyətinin ilk tədqiqatçısı və yorulmaz təbliqatçısı olmuş V. Məmmədov arxivlərdən, dövri mətbuatdan, ayrı- ayrı şəxsiyyətlərdən 1988-ci ilin fevralında Sumqayıtda baş vermiş hadisələrə, 20 yanvar faciəsinə, Ermənistan -Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair zəngin materiallar toplamışdır.
Həmin sənədlər Arxiv fondunun mühafizəsi və uçotu şöbəsi tərəfindən komplektləşdirilib və fondlaşdırılıb. V. Məmmədovun şəxsi kolleksiyasına yeni müstəqil fond nömrəsi verilib -11158.
İş prosesində:
- sənədlər məzmununa görə sistemləşdirilib,
- sistemləşdirilmiş sənədlərdən işlər tərtib edilib,
- işlərə sərlövhələr verilib,
- arxiv fondunun mühafizəxanada arxiv qaydalarına uyğun olaraq saxlanılması təmin edilib.