AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
A+   A-

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin strukturunun təkmilləşdirilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin strukturunu təkmilləşdirmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin say tərkibi 54 ştat vahidindən ibarət müəyyən edilsin, əlavə olunan strukturu, İşlər İdarəsinə tabe olan təşkilatların siyahısı və təsisçisi İşlər İdarəsi olan təşkilatların siyahısı təsdiq edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri İşlər İdarəsinə tabe olan təşkilatların strukturu və ştat cədvəllərini təsdiq etsin.

3. Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinə tapşırılsın ki: İşlər İdarəsinin ştat cədvəlini təsdiq etsin;

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin əsasnaməsinin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikası Prezidentinə təqdim etsin.

 

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyul 2005-ci il

   N 886

 

Azərbaycan Respublikası Prezidentinin

2005-ci il 11 iyul tarixli 886 nömrəli Sərəncamı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin

STRUKTURU

 

Prezidentin İşlər müdirinin xidməti 

İşlər müdiri                                                    

1

İşlər müdirinin birinci müavini 

1

İşlər müdirinin müavini

2

Ştat vahidi

9

 

 

Profilaktoriya (sektor hüququnda)

Ştat vahidi 

4

1 saylı Pansionatın Tibb bölməsi (sektor hüququnda)

Ştat vahidi

19

"Gənclik" Qonaq evinin Tibb bölməsi (sektor hüququnda)

Ştat vahidi

8

Müşayiət edən dəstə (sektor hüququnda)

Ştat vahidi

6

Kadr və maliyyə məsələləri sektoru 

Sektorun müdiri

1

Ştat vahidi

3

Təchizat sektoru

Sektorun müdiri

1

Ştat vahidi

2

Tibbi yardımın təşkili sektoru

Sektorun müdiri

1

Ştat vahidi

2

Maliyyə şöbəsi

Şöbənin müdiri

1

Şöbə müdirinin müavini

1

Ştat vahidi

9

Nəzarət-təftiş   qrupu

Ştat vahidi

3

Xüsusi dövlət tədbirlərinin təminatı şöbəsi

Şöbənin müdiri

1

Ştat vahidi

5

Texniki təminat şöbəsi

Şöbənin müdiri

1

Şöbə müdirinin müavini

1

Ştat vahidi

4

Material   təchizat  sektoru

Sektorun müdiri

1

Ştat vahidi

3

"Təmir-tikinti şöbəsi

Şöbə müdiri

1

Şöbə müdirinin müavini

1

Ştat vahidi

2

Əsaslı tikinti sektoru

Sektor müdiri

1

Ştat vahidi

3

İnformasiya texnologiyaları sektoru

Sektorun müdiri

1

Ştat vahidi

2

 

 

Cəmi: 101 nəfər

 

Qeyd: Prezident Sarayının Təminat xidməti bu struktura daxil deyil.

 

 

 

 

Azərbaycan Respublikası Prezidentinin

2005-ci il 11 iyul tarixli 886 nömrəli Sərəncamı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə tabe olan təşkilatların

SİYAHISI

1.Təmir-tikinti idarəsi

2.Yeməkxana

3."Respublika" mehmanxanası 

4. Kənd təsərrüfatı müəssisəsi

5."Azərbaycan" nəşriyyatı

 

Azərbaycan Respublikası Prezidentinin

2005-ci il 11 iyul tarixli 886 nömrəli Sərəncamı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Təsisçisi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi olan təşkilatların

SİYAHISI

1. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

2. "Bakinski raboçi" qəzetinin redaksiyası

3. "Respublika" qəzetinin redaksiyası

4. "Xalq qəzeti"nin redaksiyası

5. "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumat bülleteni"nin redaksiyası

 

 Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin sektoru statusuna malik olan təşkilatların siyahısı 

 

1. Prezident İqamətgahı, “Ulduz” Sarayı daxil olmaqla

2. “Gənclik” Qonaq Evi

3. 1 №-li Pansionat, “Şəfəq” Sarayı daxil olmaqla

4. 2 №-li Pansionat

5. Avtopark

6. Azadlıq prospektindəki “Qonaq Evi”

7. Prezident Kitabxanası 

8. "Gülüstan" sarayı

9. Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivi.

   1178 dəfə baxılıb