Ekspert-yoxlama komissiyasının növbəti iclası
A+   A-

      Ekspert-yoxlama  komissiyasının (EYK) 2015-ci  il   fevralın  25-də  Azərbaycan  Kommunist  Partiyasının  Mərkəzi  Komitəsinin  (fond № 1)  1936-ci  il  üzrə  19 №-li    və  1937-ci  il  üzrə   20 №-li    yeni   siyahılarının    müzakirəsi     və    təsdiqi məsələlərinə həsr olunmuş növbəti  iclası  keçirildi.

     Siyahılar  arxiv  fondunun mühafizəsi  və  uçotu  söbəsinin  müdiri  Lalə Ellazova  və  arxiv  fondlarının  baş  mühafizəçisi  Nərgiz Əsədullayeva   tərəfindən  tərtib  edilib.  L.Ellazova  və N.Əsədullayeva   siyahıları  EYK üzvlərinin   nəzərinə  təqdim  edərək,  siyahılara  daxil olan sənədlər  barədə  ətraflı  məlumat  verdilər.  Belə  ki, elmi-texniki  təkmilləşdirilməsi   zamanı  1936-ci  il  üzrə  41  siyahının, 1937-ci  il  üzrə  isə  42  siyahının  birləşdirilməsi  işi  aparılıb və    işlərin  ekspertizası  nəticəsində  19 №-li  siyahıya   1049  saxlama    vahidi,  20 №-li   siyahıya  isə   1046  saxlama    vahidi   seçilərək  daxil  edilib. Bunlara   yeni   sərlövhələr   verilib,  başlangıc   və   son   tarixlər  müəyyən  edilib,  kartoçkalar  tərtib  edilib, sənədlər  struktur-xronoloji   prinsipi  üzrə  sistemləşdirilib.

      Sənədlərlə iş zamanı 1936-ci  ildə  partiya orqanlarında mövcud olan struktur nəzərə alınıb və bunun əsasında şöbələrə   yığılıb, şöbənin  içində  isə  həmin sənədlər  təyinatı  və  xronoloji  qaydada sistemləşdirilib.  Siyahılar  üzrə cevrilmə  çədvəli  tərtib  edilib.  EYK -nın   sədri  Siyasi  Sənədlər  Arxivinin   elmi  üzrə   direktor  muavini  t.e.n. L.Əliyeva çıxışında  qeyd  etdi  ki,   siyahıların  elmi-texniki  təkmilləşdirilməsi   arxiv  üçün  cox  vacib  bir  işdir.  Sənədlərin illər  üzrə  bir  vahid  siyahıda  birləşdirilməsi   tədqiqatçıların  işini xeyli yüngülləşdirəcək  və  Azərbaycan  tarixinin  qaranlıq   məqamlarının   işığlandırılmasına yeni təkan verəcək. EYK -nın   üzvləri  tərəfindən   siyahılar  bəyənilərək  təsdiq  olundu.  

   5452 dəfə baxılıb