Azərbaycan tarixində alman səhifələri

   

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivində 2018-ci il noyabrın 12-də açılmış “Azərbaycan tarixində alman səhifələri” mövzusunda sərgi ilə tanışlıq davam edir.

2018-ci il noyabrın 19-u və 20-də Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və Regionşünaslıq, Tərcümə və Pedaqoji, Azərbaycan filologiyası və Jurnalistika fakültələrinin professor-müəllim heyətinin nümayəndələri və bir qrup tələbəsi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivində “Azərbaycan tarixində alman səhifələri” mövzusunda keçirilən sərgi ilə tanış olmuşlar. Sərgidə Siyasi sənədlər Arxivində mühafizə olunan qiymətli sənədlər, foto-sərgi, həmçinin “İkinci Vətən” sənədli filmi nümayiş etdirilmişdir.

Sərgi iştirakçıları “Azərbaycan tarixində alman səhifələri” problemini öyrənən bir sıra nəşrlərlə – Nazim İbrahimovun “Немецкие страницы истории Азербайджана”, Turan Axundovanın “Немцы-колонисты Азербайджана XIX - нач. XX в.”, Çingiz Abdullayevin “Almaniya-Azərbaycan əlaqələri”, Kamal Əliyevin “Немцы на Южном Кавказе или моя жизнь в Анненфельде”, Südabə Zeynalovanın “Немецкие колонии в Азербайджане (1819-1941 гг.)”, Tamara Hümbətovanın “Баку и немцы”, Məmməd Cəfərlinin “Политический террор и судьбы Азербайджанских немцев”, Abbas Seyidovun “Yelenendorf – Yeleneno – Xanlar”, Həcər Verdiyevanın “Немцы в Северном Азербайджане”, Etibar Nəcəfoğlunun “Həyatımızda Simens izləri”, T.N.Çernova-Dökenin “Немецкие поселения на периферии Российской Империи. Кавказ: взгляд сквозь столетия (1818-1917)”, İkram Ağasiyevin “Qafqazda Alman koloniyaları (1860-1921)”, “XVIII əsrin sonu - XX əsrin əvvəllərində Almanların Qafqazda məskunlaşması” kitabları ilə tanış olmuşlar.

“İkinci Vətən” sənədli filmin nümayişi tələbələrdə böyük maraq doğurmuş, onlar XIX əsrin əvvəllərindən 1941-ci ilin payızına qədər olan dövrdə Cənubi Qafqazda məskunlaşmış almanların sosial-iqtisadi vəziyyəti və məişəti haqqında məlumat əldə etmişlər.